Joze Mourinyo Runi ilə bağlı: "Öz gələcəyimin zəmanətini verə bilmirəm"

11:34 - 23 Fevral 2017

İngiltərə millisinin üzvü Ueyn Runinin "Mançester Yunayted"dəki gələcək taleyi qeyri-müəyyəndi. 

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın ən önəmli futbolçularından olan hücumçu bu mövsüm əsas heyətdəki yerini itirib. Hücumçu cari mövsümdə keçirdiyi oyunlarda cəmi 5 qol vurmağı bacarıb. Onun "Mançester Yunayted"dən ayrılmayacağını deyilsə də, hazırda Çindən aldığı təklifi qəbul etdiyi iddia edilir. 

 

Bu məsələyə komandanın baş məşqçisi Joze Mourinyo da münasibət bildirib:

 

"Necə qərar verəcəyini gedin, Runidən soruşun. Mən öz gələcəyimin zəmanətini verə bilmirəm, onun üçün necə verim?"

 

Qeyd edək ki, 31 yaşlı hücumçu 2004-cü ildən "Mançester Yunayted"də çıxış edir. 

Xəbər xətti