86 oyunluq qələbə həsrəti millimizin rəqibi ilə oyunda son qoyuldu

15:14 - 23 Fevral 2017

Andora və San Mariona milliləri yoxlama matçında üz-üzə gəliblər.

 

Sportal.az xəbər verir ki, iki "cırtdan" ölkənin təmsilçilərinin görüşündə 2 qol vurulub. Rəqibi iki dəfə meydanın mərkəzinə dəvət edən andorralılar meydandan 2:0 hesablı qələbə ilə ayrılıblar.

 

Bu qələbədən sonra Andorra yığması 86 matçlıq həsrətə son qoyub. Belə ki, qalib gələn "cırtdan" komanda əvvəlki görüşlərindən 80-də uduzmuş, qalan 6-da isə heç-heçə etmişdi. Son heç-heçə 2016-cı il mayın 26-da Azərbaycan millisi ilə yoldaşlıq görüşündə qeydə alınmışdı.

 

San Marino isə 74 oyundu ki, qələbə üzünə həsrətdi.

 

Əlavə edək ki, San Marino DŞ-2018-in seçmə mərhələsində millimizin rəqibidir. Komandaların ilk matçında yığmamız 1:0 hesablı qələbə qazanıb.

Xəbər xətti