"Sumqayıt"da iki yeni futbolçu

17:28 - 23 Fevral 2017

Son görüşdə AZAL üzərində qələbə qazanan "Sumqayıt" növbəti turda qarşılaşacağı "Zirə" ilə oyunun hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da növbəti məşqini keçirib. Daha çox taktiki gedişlər üzərində qurulmuş məşq prosesinə iki tərəfli oyunla yekun vurulub. 

 

Qeyd edək ki, zədəli olan Ayaz Mehdiyev hazırlıq prosesində iştirak etməyib. Əvəzedici komandadan isə iki futbolçu - Fərid Kərimzadə və Xaliq İbrahimov əsas komanda ilə hazırlaşıb.

 

Xatırladaq ki, fevralın 27-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" - "Sumqayıt" görüşü saat 18:00-da start götürəcək.

Xəbər xətti