Dəniz Yılmaz cəzalandırıldı

18:36 - 23 Fevral 2017

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Bursaspor"un futbolçusu Dəniz Yılmazı cəzalandırıb. 

 

Sportal.az xəbər verir ki, buna futbolçunun Super Liqanın XXI turunda "Kayserispoor"la oyunun 19-cu dəqiqəsində rəqibini bilərəkdən vurması səbəb olub. TFF birbaşa qırmızı vərəqə alan millimizin oyunçusuna 2 oyunluq cəza verib.

 

O, "Kasımpaşa" və "Rizəspor"la matçlarda komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Bursaspor" bu hərəkətinə görə forvardı əsas komandadan kənarlaşdırsa da, bu gün bağışlamışdı və hücumçu komandanın səhər saatlarında baş tutan məşqində iştirak etmişdi. 

Xəbər xətti