"Balotellinin dilini kəsmək lazımdı"

“Nitsa” klubunun  futbolçusu Mario Balotelli  Fransa 1-ci liqasında “Loryan”la matç zamanı hakimi təhqir etdiyi üçün 2 oyunluq cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə ulduz futbolçunun agenti Mino Rayola danışıb:

 

“Mən artıq bunun üçün bir nəticə tapmağa çalışıram. Marionun dilini kəsmək lazımdır. Futbol oynamaq üçün dil lazım deyil, biz onu kəsə bilərik. Ancaq ciddi olaraq qeyd edirəm ki, o elədiyi səhvinə görə peşmandır. Heç bir bəhanə buna səbəb ola bilməz. O, özü və komandası üçün məyusdur. Qarşıda azarkeşləri və komandanı  3 vacib ay gözləyir. Gələcək haqqında danışmaq üçün isə kifayət qədər zaman var” .

 

Qeyd edək ki, ötən ilin avqustunda Mario Balotelli “Nitsa” ilə 1 illik müqavilə imzalamışdı.

Tarix: 25 Fevral [00:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2017
26  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio