Benzema milliyə qayıdır

13:00 - 25 Fevral 2017

Madridin "Real" klubunun üzvü Kərim Benzema yenidən Fransa millisinə dəvət ala bilər.

 

Soprtal.az xəbər verir ki, bu barədə məlumatı Fransa Futbol Federasiyasının prezidenti Moel Le Qret verib. O bildirib ki, Benzemanın milliyə dəvət almaq ehtimalı olduqca yüksəkdir: "Benzema yaxşı oynamağa davam etsə, milliyə dəvət olunacaq. Ona hörmət edirəm. Kərim bizim üçün vacib və çox önəmli futbolçudur. O, "Real"da yaxşı futbol sərgiləyir. Çempionlar Liqasının ən yaxşı fransız bombardiri oldu". 

 

Qeyd edək ki, Benzema millidəki komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün Fransa yığmasından uzaqlaşdırılıb.

Xəbər xətti