19 yaşlı futbolçu: "Ehtiyatda qalmağım məni narahat edir"

15:15 - 25 Fevral 2017

Ötən yay "Bemfika"dan "Bavariya"ya transfer edilən portuqaliyalı futbolçu Renatu Sançeş açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi daha çox ehtiyat oyunçular skamyasında əyləşməkdən rahatsız olduğunu söyləyib:

 

"Əgər 35 milyon avro qarşılığında transfer edilmişəmsə, deməli, dəyərli futbolçuyam. Amma daha çox ehtiyatda qalmağım məni rahatsız edir".

 

Xatırladaq ki, Sançeş bu mövsüm "Bavariya"nın heyətində 17 oyun meydanda olub. Portuqaliya millisinin üzvü 7 dəfə matça start heyətdə başlayıb.

Xəbər xətti