"Neftçi"də 3 ciddi itki

16:04 - 25 Fevral 2017

Azərbaycan Premyer Liqasının XX turunda AZAL-la qarşılaşacaq "Neftçi" hazırlıqlarını davam etdirir. 

 

Sportal.az xəbər verir ki, "İnter Arena"da məşq edən bakılılar "təyyarəçilər"lə matça bir sıra itkilərlə çıxacaq.

 

Belə ki, Ruslan Abışov "Kəpəz"lə oyunda aldığı zədəyə görə komandasına bu turda kömək edə bilməyəcək. Bundan başqa "ağ-qaralar"ın baş məşqçisi Elxan Abdullayev digər zədəli Cavid İmamverdiyevin də xidmətindən məhrum olacaq.

 

Qış fasiləsindən sonra əsas komandaya ilə meydana çıxmayan Jayro isə topuğundan zədə alıb. O, komandadan ayrı məşq edir.

Xəbər xətti