Pelenin oğluna 12 il 10 ay həbs cəzası verildi

18:47 - 25 Fevral 2017

Dünya futbolunun canlı əfsanəsi Pelenin oğlu Edson Çolbi Nasimentu  həbs olunub.

 

Sportal.az xəbər verir ki, ona 13 illik həbs cəzası verilib. Braziliya məhkəməsi hələ 2014-cü ildə onun barəsində 33 il müddətinə həbs qərarı çıxarıb. Lakin o, apellyasiya şikayətinə baxıldığı müddətdə azadlıqda qalıb. Edinyo narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilinir. 

 

Fevralın 23-də məhkəmə ittiham aktını təsdiqləyib və cəzanı 12 il 10 aya endirib.

Xəbər xətti