"Neftçi"nin hücumçusu: "Rəqibdən çox özümüz haqda düşünməliyik"

00:18 - 26 Fevral 2017

Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə AZAL-la qarşılaşacaq “Neftçi”nin hücumçusu Hüqu Barqas klubun “youtube” kanalına danışıb.

 

Sportal.az xəbər verir ki, argentinalı hücumçu komandanın oyununda irəliləyiş olduğunu deyib:

 

“İndiki halda biz rəqibdən çox özümüz haqda düşünməliyik. Əks halda bu böyük səhv olar. Son 3 turda “Neftçi”nin oyunu daha da yaxşılaşıb, oyunumuzda irəliləyiş var. Bu, bizi daha da həvəsləndirir. Yenə deyirəm, biz rəqibin sonuncu yerdə qərarlaşdığını düşünməməliyik. Komanda olaraq meydandakı vəzifəmizi yerinə yetirməliyik. Oyuna çıxıb 3 xal qazanmalıyıq”.

Qeyd edək ki, AZAL - “Neftçi” oyunu fevralın 27-də keçiriləcək.

 

Xəbər xətti