Ufuk Budak liderə qarşı oynadı

11:14 - 26 Fevral 2017

Futbol üzrə Türkiyə 1-ci liqasında 22-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budakın çıxış etdiyi "Manisaspor" səfərdə lider "Göztəpə" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 0 - 1 hesablı məğlubiyyətlə ayrılıb. Start heyətdə meydana çıxan Ufuk sonadək oynayıb.

 

Qeyd edək ki, aktivində 20 xal olan  "Manisaspor" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbər xətti