Vardi: "Ranyerinin istefasında rol oynadığımla bağlı iddialar yalandı"

11:37 - 26 Fevral 2017

"Lester"in baş məşqçisi Klaudio Ranyerinin istefaya göndərilməsi ilə bağlı söz-söhbətlər davam edir.

 

Sportal.az xəbər verir ki, İngiltərə KİV-ləri ötən mövsüm "tülkülər"i möcüzəvi şəkildə çempion edən italyan mütəxəssisin postundan qovulmasında futbolçuları günahlandırır. Ada mətbuatında yer alan xəbərlərə görə Ceymi Vardinin rəhbərlik etdiyi və Kasper Şmeyxel, Ues Morqan, Mark Albraytonun daxil olduğu qrup rəhbərliklə görüşərək Ranyerinin istefaya göndərilməsində rol oynayıb.

 

Vardi onun haqqında irəli sürülən bu iddialara cavab verib. İngiltərə millisinin üzvü instaqram hesabından verdiyi açqılamasında onun haqqlnda yazılan məlumatların yalan olduğunu bildirib:

 

"Bu mesajı yazarkən sözləri bir neçə dəfə sildim. Klaudio üçün uyğun sözləri tapmaq məcburiyyətindəyəm. Ona hər zaman hörəmət etdim və etməyə davam edəcəyəm. Onunla və komandamızla birlikdə mümkünsüzü bacardıq. Çoxları mənə inanmadığında o inandı və ona borcluyam. İstefaya göndərilməsində rol oynamamağımla bağlı iddialar yalandı və həqiqətdən uzaqdı. Komanda olaraq günahımız bu mövsümkü uğursuzluğumuzdu və bunu hər birimiz dərk edirik. Klaudioya gələcəyiylə bağlı ənm gözəl diləklərimi çatdırıram. Hər şey üçün təşəkkürlər, Klaudio!"

Xəbər xətti