Baş məşqçi açıqladı: "Ramil Şeydayev debütə hazırdır"

17:44 - 26 Fevral 2017

Qış transfer pəncərəsində "Trabzonspor"dan Slovakiya"nın "Jilina" komandasına icarəyə verilən Ramil Şeydayev yeni klubunda debüt edə bilər.

 

Sportal.az xəbər verir ki, “Jilina”nın baş məşqçisi Adrian Gula bildirib ki, Şeydayevin oynamasında problem yoxdur və bütün hüquqi məsələlər artıq həllini tapıb. 41 yaşlı mütəxəssis Şeydayevin debüt edə biləcəyini vurğulayıb.

 

Qeyd edək ki, sözügedən qarşılaşma bu gün Bakı vaxtı ilə 20:30-da start götürəcək.
 
Əlavə edək ki, "Jilina" 44 xalla Fortuna Liqasında turnir cədvəlinə başçılıq edir. "Zlate-Moravçe" isə 16 xalla 11 klub arasında 10-cudur.

Xəbər xətti