Nazarovun qolu "Aue"ni xilas etmədi

19:19 - 26 Fevral 2017

Almaniya 2-ci Bundesliqasında 22-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” evdə Drezden “Dinamo”suyla qarşılaşıb. Görüş qonaqların 4:1 hesablı darmadağını ilə yekunlaşıb.

 

Nazarov start heyətində başladığı oyunda 90 dəqiqə meydanda olub, 60-cı dəqiqədə isə penalti zərbəsi ilə komandasının təsəlli qoluna imza atıb. O, 3-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 

 

22 oyundan sonra aktivində 18 xal olan “Aue” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Xəbər xətti