Şahin Diniyev: "Avrokuboklara vəsiqə qazanmasaq, faciə hesab etməyəcəyik" MÜSAHİBƏ

11:09 - 27 Fevral 2017

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Sportal.az saytına müsahibə verib.

 

-    “Kəpəz” son turda “Neftçi”ilə heç-heçə etdi. Bu tur “Qəbələ” ilə oyundan nə gözləyirsiz?
-    Azarkeşlər üçün də maraqlı oyun olacaq. “Neftçi” ilə oyunda futbolçular yaxşı çıxış etmişdi. Həmin uğurlu oyunu bu matçda da davam etdirmək niyyətindəyik.


-    Avropa Liqasına vəsiqə qazanmaq üçün 4 komanda iddialıdır. Bu komandalar arasında ən çox hansını şanslı hesab edirsiz?
-    Mübarizə sona qədər davam edəcək. “Neftçi”, “Zirə” və “Sumqayıt”ı öz meydanımızda qəbul edəcəyik. Düzdür, bir qədər geri düşdük. Bunu aradan qaldırmaq üçün çalışacağıq. Hər bir komandanı şanslı hesab edirəm. Son tura qədər gərgin və barışmaz mübarizə olacaq.

 

-    “Kəpəz” avrokuboklara vəsiqə qazanmasa, bunu fiasko saymaq olar?

-    Xeyr, reallıqla barışmaq lazımdır. Bunu bacarmasaq, faciə hesab etməyəcəyik.


-    “Qəbələ” dən sonra ev meydanızda AZAL-ı qəbul edəcəksiz. Çempionatın son turlarında “Kəpəz” daha çox evdə oynayacaq. Bunu yaxşı şans hesab etmək olar?
-    Deyərdim ki, hər bir komanda 4-cü yerə layiqdir. Bütün komandalar sona qədər vuruşacaq.

 

-    “Neftçi” ilə oyunda Orxan Əliyev və Julien Ebah bir çox real qol şanslarını əldən verdi. Bu barədə onlarla söhbət etdiz?

-    Xeyr, ciddi bir söhbət olmadı. Ümid edirəm ki, növbəti oyunlarda ələ düşən fürsəti qola çevirəcəklər. 


-    Gəncə şəhər stadionunun durumu nə yerdədi?
-    Əvvəlkinə nisbətən, bir az yaxşılaşıb. Meydan bir yaşıllaşıb.

Xəbər xətti