"Volfsburq" baş məşqçisini qovdu

11:45 - 27 Fevral 2017

Almaniyanın Bundesliqa təmsilçisi “Volfsburq” baş məşqçisi Valerien İsmael ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, klubdan edilən açıqlamada 41 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyi qeyd edilib. Açıqlamada məşqçinin istefaya göndərilməsində Bundesliqanın son turunda “Verder”dən alınan 1:2 hesablı məğlubiyyətin rol oynamadığı bildirilib.

 

Bu, “Volfsburq”da cari mövsümdə ikinci məşqçi dəyişikliyidi. İsmael “canavarlar”ın baş məşqçi postunda ötən ilin oktyabrında Diter Hekinqi əvəz etmişdi.

 

Hazırda hesabında 22 xal olan “Volfsburq” 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti