Budaq Nəsirov "Sportinq"də niyə oynamır?

12:40 - 27 Fevral 2017

Portuqaliya ikinci liqasında 29-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin futbolçusu Budaq Nəsirovun formasını geyindiyi "Sportinq B" doğma meydanda "Aves"lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Budaq Nəsirov zədə səbəbindən oyunu buraxmalı olub. Gənc yarımmüdafiəçi fevral ayında yaşıl meydanlara çıxmayıb. Budaq mart ayında oynamağa hazır olacaq.

 

Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 31 xalla 22 komanda arasında 20-ci pillədə qərarlaşıb. 

Xəbər xətti