"O, Avropada ən çox çalışan hücumçulardan biridir"

00:37 - 28 Fevral 2017

“Çelsi”nin yarımmüdafiəçisi N’Qolo Kante “Seltik”də çıxış edən Mussa Dembele haqqında açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı fransalı futbolçu həmyerlisinin millidə oynamağa layiq olduğunu bildirib:

 

“Mussa bu mövsüm özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Hazırda Avropada ən çox çalışan hücumçulardan biridir.  O, sadəcə özünə daha çox arxayın olmalıdır. Özgüvən istənilən futbolçu üçün ən vacib elementdir. Əgər o, Fransa millisinə çağırılsa, bu Dembelenin tam haqqıdır. Orada oynamağa layiqdir". 

 

Qeyd edək ki, 20 yaşlı forvard bu mövsüm "Seltik"in heyətində 29 oyuna 27 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər xətti