Zlatan İbrahimoviç: "Mourinyo məndən yalnız bunu soruşdu"

00:49 - 28 Fevral 2017

“Mançester Yunayted”in ulduz futbolçusu Zlatan İbrahimoviç klubun rəsmi saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, isveçli forvard bu kluba Mourinyonun istəyi ilə gəldiyini bildirib:

 

“Mançester Yunayted”ə gəlməmişdən öncə, 2 övladım da mənim İngiltərədə oynamağımı istəyirdi. Ancaq mən başqa yerlər haqqında düşünürdüm.  Joze Mourinyo ilə xüsusi münasibətim var. O, mənə zəng elədi və sadəcə, neçə nömrəli forma geyinmək istədiyimi soruşdu. Mən bunu rədd edə bilməzdim. Qarşıda bizim az vaxtımız qalıb. Bir çoxlarına görə, etməli olduqlarımı etmişəm. Ancaq mən belə düşünmürəm. Hər zaman daha çoxunu istəyirəm. Dünyanın ən yaxşı klublarında oynamışam. 32 yaşımda artıq 7-ci klubumdayam. Hər il daha əvvəl etdiklərimi təkrar edirəm. Hər gün daha çox çalışıram. Bu məqsədlərimə nail olmağımın əsas sirridir”. 

 

Qeyd edək ki, ötən yayda "qırmızı şeytanlar"a qoşulan 35 yaşlı futbolçu komandasında İngiltərə Superkuboku və Liqa kubokunun qalibi olub.

Xəbər xətti