İspaniya La Liqasında baş məşqçi təyinatı

12:49 - 28 Fevral 2017

İspaniya La Liqasında çıxış edən "Deportivo"nun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Qarisko Qaritanonun istefaya göndərilməsindən sona boş qalmış baş məşqçi vəzifəsinə Pepe Mel təyin edilib.

 

54 yaşlı ispan mütəxəssisn son iş yeri "Real Betis" olub.

 

Qeyd edək ki, "Deportivo" 24 turdan sonra turnir cədvəlində 19  xalla 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti