Almaniyanı Azərbaycanda neçə azarkeş dəstəkləyəcək?

13:03 - 28 Fevral 2017

DÇ-2018-in seçmə mərhələsinin Bakıda keçiriləcək Azərbaycan – Almaniya oyununu izləyəcək qonaq komandanın azarkeşlərinin sayı bəlli olub.

 

Sportal.az Almaniya Futbol İttifaqının saytına istinadən xəbər verir ki, 800-dək alman azarkeş matça canlı baxmaq üçün ölkəmizə gələcək. Komandanın fan-klubunun martın 29-da yaranması günüdür. Bu səbəbən onların matç üçün bilet və Bakıda yemək xərclərini məşhur şirkətlərdən biri fan-kluba ad günü hədiyyəsi olaraq öz öhdəçiliyinə götürüb.

 

Xatırladaq ki, qarşılaşma martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti