"Sumqayıt"da məşqçilərlə görüş keçirildi

00:45 - 1 Mart 2017

"Sumqayıt"ın məşqçi heyəti arasında görüş keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda klubun baş meneceri Ceyhun Sultanov, A komandanın baş məşqçisi Samir Abasov, B komandanın çalışdırıcısı Elbrus Məmmədov və akademiyanın məşqçi heyəti iştirak edib.

 

Görüş zamanı məşqçilər arasında fikir mübadiləsi aparılıb, akademiyada qeydə alınan nəticələr müzakirə olunub, təkliflər dinlənilib, əsas və əvəzedici komandanın baş məşqçiləri tərəfindən bəzi tövsiyyələr verilib. 

Xəbər xətti