"Messi ilə oynamaq ondan asılı olmaq mənasını vermir"

01:10 - 1 Mart 2017

“Barselona”nın baş məşqçisi Luis Enrike açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Kataloniya klubunun 46 yaşlı çalışdırıcısı komandanın ulduz futbolçusu Lionel Messi barədə danışıb :

 

“Dünyanın ən yaxşı futbolçusu ilə oynamaq ondan asılı olmaq mənasını vermir. Çoxları bu cür fikirləşsə də, futbol bir komanda oyunudur. Messi bəzən müdafiədə, bəzən isə hücumda çıxış edir. Onun üçün fərqi yoxdur, oyun zamanı harda ona ehtiyac varsa, orada da olur. Ancaq düşünürəm ki, onun yeri hücumdur. Ümid edirəm ki, daha uzun müddət onunla birgə çalışacağıq”.

Xəbər xətti