Benzema Fransa millisinə qayıdır

Madridin "Real" klubunun üzvü Kərim Benzema yenidən Fransa millisinə dəvət ala bilər.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin baş məşqçisi Didye Deşam bu barədə məlumat verib. O, Benzema ilə bağlı verilən sualə belə cavablandırıb:

 

"Benzema ilə bağlı vəziyyət? Artıq olan olub. Onunla heç bir problemim yoxdur. Hazırda yığmada olan bəzi futbolçular vaxtilə ünvanıma yolverilməz ifadələr işlədib, ancaq sonradan yenidən milliyə qayıdıblar. Hansısa oyunçunun yığmaya çağırılması onunla şəxsi münasibətlərimizdən asılı deyil. Kərim hələ də ən güclü fransalı hücumçulardan biridir".

 

Qeyd edək ki, Benzema millidəki komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün Fransa yığmasından uzaqlaşdırılıb.

Tarix: 1 Mart [16:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2017
25  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio