Burak Yılmaz Türkiyəyə dönür

17:09 - 1 Mart 2017

Çinin "Pekin Quoan" klubunda forma geyən Burak Yılmaz mövsümün sonunda Türkiyəyə qayıdır.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçuya sabiq klub "Trabzonspor" təklif göndərib və müsabət cavab alıb. Yaranmasının 50-ci ilində güclü heyət qurub çempionluğu hədəfləmək istəyən Qara Dəniz təmsilçisi Türkiyə millisinin üzvünü heyətinə cəlb etmək istəyir.

 

Hürriyyət qəzetinin məlumatına görə "bordo-mavilər"in rəhbərliyi 31 yaşlı qolçuya rəsmi təklif göndərib. Burakla görüşən "Trabzonspor" artıq onunla razılıq əldə edib. "Kral" mövsümün sonunda Çini tərk edəcək.

 

Qeyd edək ki, Burak Yılmaz 2010-2012-ci illərdə "Trabzonspor"da çıxış edib və meydana çıxdığı 72 qarşılaşmada 55 dəfə fərqlənib.

Xəbər xətti