"Çelsi"də yeni müqavilə

17:47 - 1 Mart 2017

İngiltərə Premyer Liqasının lideri "Çelsi"də yeni müqavilə imzalanıb. 

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "zadəganlar" Viktor Mosesin müqavilə müddətini artırıb. 26 yaşlı yarımmüdafiəçi yeni müqavilənin şərtlərinə görə, 2021-ci ilin yayına qədər London klubunun uğurları üçün çalışacaq. 

 

Qeyd edək ki, Nigeriya millisinin üzvü 2012-ci ildən "Çelsi"də çıxış edir.

Xəbər xətti