"Yuventus"un Sançes planı

18:02 - 1 Mart 2017

"Yuventus" "Arsenal"ın futbolçusu Aleksis Sançesi transfer etmək üçün fəaliyyətə başlayıb.

 

Sportal.az xəbər verir ki, "qoca sinyor" London təmsilçisiylə müqavilə yeniləməyən çilili forvardı rənglərinə bağlamaq üçün səylərini davam etdirir. "Yuventus" 28 yaşlı futbolçunu heyətinə qatmaq üçün iki üzvünü satmağa hazırlaşır.

 

Turin klubu Sançesin transfer məbləğini hazırda icarədə olan yarımmüdafiəçi Kinqsli Koman və hücumçu Simone Zazanı satmaqla qarşılamaq fikrindədi. İtaliya təmsilçisi bu oyunçuların müvafiq olaraq “Bavariya” və “Valensiya”ya transferindən 40 milyon avro gəlir götürməyi planlaşdırır.

Xəbər xətti