UEFA-dan "Beşiktaş"a qadağa

01:25 - 2 Mart 2017

UEFA Türkiyənin "Beşiktaş" və Yunanıstanın "Olimpiakos" klubları ilə bağlı qərar qəbul edib. 

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının 1/8 finalında bir-birinə rəqib olan komandalar səfər matçlarında azarkeş dəstəyindən məhrum olacaq. Bu barədə məlumatı İstanbul təmsilçisinin rəsmi saytı yayıb.

 

Qitənin ali futbol qurumu təhlükəsizlik məqsədi ilə belə bir qərar qəbul edib.

Xəbər xətti