Türkiyə klubunun prezidenti: “Messi klubumda oynamaq istəsə, qəbul etmərəm”

00:45 - 2 Mart 2017

Türkiyə 2-ci liqasında çıxış edən “Altınordu” klubunun prezidenti Mehmet Seyit Özkan maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Özkan komandasında Messini belə görmək istəmədiyini bildirib. Klub rəsmisi 100 illiklərini qeyd edəcəkləri 2023-cü ildə öz yetirmələri olan futbolçularla Super Liqada və avrokuboklarda oynamaq istədiklərini bildirib:

 

“Hətta Messi “Altınordu”da pulsuz oynamaq istəsə, qətiyyən onu qəbul etmərəm. Mən türk oyunçulara inanıram və onlara şans verməliyəm. Bizim əsas hədəfimiz Türkiyə liqasında çıxış etmək və avrokuboklara qədər yüksəlməkdir. Bu torpaqların uşaqları hara qədər bacarsalar, oynayacaqlar”.

 

Qeyd edək ki, “Altınordu” klubu İzmir şəhərini təmsil edir. Türkiyən Super Liqası və I Liqasında heyətində legioner olmayan yeganə klub "Altınordu"dur.

Xəbər xətti