Ronaldinyo: “Messiyə daha çox öyrətməliyəm”

01:02 - 2 Mart 2017

Braziliyalı məşhur futbolçu Ronaldinyo açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı ulduz 2015-ci ildən sonra heç bir klubda oynamamasına və  məşqçi kimi fəaliyyət göstərməməsinə bu cür aydınlıq gətirib:

 

“Narahat olmayın, hər şey qaydasındadır. Oynadığım klublara və mənə verdiyi hər bir şeyə görə Tanrıya minnətdaram. Hər şeyə addım-addım getməliyəm”.

 

Ronaldinyo “Barselona”nın heyətində bərabər mübarizə apardığı komanda yoldaşı Messi haqqında da isə bunları deyib:

 

“Mən Messiyə bir az daha çox öyrətməliyəm”.

 

Qeyd edək ki, Ronaldinyonun  oynadığı sonuncu klub “Fluminense” olub. Braziliyalı hazırda 2003/08-ci illərdə çıxış etdiyi “Barselona”nın səfiri vəzifəsində çalışır.

Xəbər xətti