"Real" liderliyini əldən verdi VİDEO

02:49 - 2 Mart 2017

İspaniya La Liqasında 25-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, lider “Real” evdə “Las Palmas”la qarşılaşıb. Gərgin keçən oyunun gedişində 1:3 hesabıyla geri düşən və Qaret Beylin qırmızı vərəqə almasıyla meydanda azlıqda qalan "kral klubu" məğlubiyyətdən xilas olmağı bacarıb. Kriştiano Ronaldo 86 və 89-cu dəqiqələrdə vurduğu qollarla "Real"a 1 xal qazandırıb.  

 

Bu turadək Madrid təmsilçisinin ən yaxın izləyicisi olan“Barselona” isə evdə Xixon “Sportinq”ini darmadağın edərək, liderliyə yüksəlib.

 

Xatırladaq ki, "Real" "Barsa"dan 1 oyun az keçirib.

 

"Real" - "Las Palmas"  3:3

Qollar: İsko, 8. Ronaldo, 86 (pen); 89 - Tana, 10. Viera, 56 (pen.) Boatenq, 60.

 

Xəbər xətti