"Qalatasaray" - "Fənərbaxça" derbisinin vaxtı məlum oldu

10:34 - 2 Mart 2017

Türkiyə Super Liqasının 28-ci turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçının vaxtımüəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Türk Telekom Arena"da baş tutacaq görüş aprelin 23-ü, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, Super Liqanın turnir cədvəlində 40 xalı olan "Qalatasaray" 3-cü, 38 xala malik olan "Fənərbaxça" isə 4-cüdür.

Xəbər xətti