Podolski Yaponiya klubuna transfer oldu

13:46 - 2 Mart 2017

Türkiyənin "Qalatasaray" klubu Lukas Podolski ilə yollarını rəsmən ayırıb.

 

Sportal.az xəbər verir ki, almaniyalı futbolçu karyerasını Yaponiyanın "Vissel Kobe" klubunda davam etdirəcək. O, Asiya təmsilçisinə 2016/2017 mövsümünün sonunda qoşulacaq.

 

Bu keçidə görə, yaponlar İstanbul təmsilçisinə 2,6 milyon avro transfer haqqı ödəyib.

 

Əlavə edək ki, 31 yaşlı hücumçu 2015-ci ildə "Arsenal"dan "Qalatasaray"a keçmişdi.

Xəbər xətti