“Qəbələ” rəsmisinə 20 oyunluq cəza - İntizam Komitəsindən ŞOK cəzalar

14:25 - 2 Mart 2017

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən "Kəpəz" - "Qəbələ" matçında baş verən intizamslıqlarla bağlı da ölçü götürülüb.

 

İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

 

Oyunun 38-ci dəqiqəsində “Kəpəz” klubunun 17 №-li futbolçusu Nicat Qurbanov rəqibə əl ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3).

 

Oyunun 38-ci dəqiqəsində “Qəbələ” klubunun 7 №-li futbolçusu Nika Kvekveskiri rəqib futbolçuya əl atdığına görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).

 

Oyunun I hissəsi bitdikdən sonra “Qəbələ” klubunun rəsmi şəxsləri Zaur Əzizov və Səbuhi Səfiyarlı hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlətdiklərinə görə hər iki şəxs oyun zamanı, oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub-geyinmə otaqlarına girişinə 5 oyun qadağa qoyulur, klub 8000 manat cərimə olunur (maddə 42.4) (maddə 10).

 

“Qəbələ” klubunun rəsmi şəxsi Səməd Nəsibov hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulur, klub 8000 manat cərimə olunur (maddə 38.5) (maddə 38.8)  (maddə 10).

 

“Qəbələ” klubunun rəsmi şəxsi Səbuhi Qarayev hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona və ona bitişik ərazilərə girişinə qadağa qoyulur, klub 16000 manat cərimə olunur (maddə 38.6) (maddə 38.8)  (maddə 10).

 

“Qəbələ” klubunun həkimi  Namiq Hüseynov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılır, klub 4000 manat cərimə olunur (maddə 43.4).

Xəbər xətti