"Valensiya"dan Zaza qərarı

15:05 - 2 Mart 2017

“Valensiya” yanvar ayında "Yuventus"dan icarəyə götürdüyü Simone Zazayla bağlı qərar verib.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, klub İtaliya millisinin hücumçusunu birdəfəlik transfer etmək istəyir. “Yarasalar” Zaza ilə 2021-ci ildədək müqavilə bağlayacaq. 

 

25 yaşlı futbolçunun müqaviləsində yer alan bəndə görə,  "Valensiya" 16 milyon avro ödəyərək Zazanın transfer hüququna yiyələnə bilər.

 

Qeyd edək ki, Zaza mövsmün il yarısını "Vest Hem"də icarə əsasında keçirmişdi.

 

Zaza "Valensiya"da çıxdığı 8 oyuna 2 qol vurub.

Xəbər xətti