Millimizin üzvünün klubunda ardıcıl istefalar

17:00 - 2 Mart 2017

Millimizin hücumçusu Dəniz Yılmazın şərəfini qoruduğu “Bursaspor”da böhran davam edir.

 

Sportal.az xəbər verir ki, Super Liqanın son turunda “Kasımpaşa”ya məğlubiyyətdən (0:4) sonra azarkeşlərin klubun avtobusuna hücum çəkməsi klub idarəçilərinin istefasıyla nəticələnib.

 

Hadisə zamanı avtobusun qapısını azarkeşlərə açan futbol şöbəsinin rəhbəri Yüksəl Çolak və Alattin Temizin ardından daha bir klub rəsmisi istefaya göndərilib.

 

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, klub prezidenti Ali Ay komandada təşkilati məsələlər üzrə köməkçi olan Hakan Dinçtürkün də istefasını qəbul edib.

Xəbər xətti