Pep Qvardiola: "Luis Enrikenin qərarını anlayıram"

18:32 - 2 Mart 2017

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola mövsümün sonunda "Barselona"dan ayrılmaq qərarını verən Luis Enrikendən danışıb.

 

Sportal.az xəbər verir ki, 46 yaşlı çalışdırıcı Enrikenin qərarını başa düşdüyünü bildirib:

 

“Luis Enrikenin komandası 3 il ərzində inanılmaz futbol oynadı. Buna görə ona təşəkkür etməliyik. Qərarını anlayıram və ona ən yaxşısını arzulayıram”.

 

Xatırladaq ki, Qvardiola 2008/12-ci illərdə "Barselona"nı çalışdırıb.

Xəbər xətti