"Kəpəz"in legionerinin durumu necədir?

18:56 - 2 Mart 2017

Azərbaycan Premyer Liqasının XXI turunda öz meydanında AZAL-ı qəbul edəcək Gəncənin "Kəpəz" klubu məşqlərini bərpa edib.

 

Sportal.az xəbər verir ki, "sarı göylər" Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında məşq edib.

 

Şahin Diniyevin komandası bu gün baş tutan məşqdə tam heyətlə çalışıb. Əldə edtidiyimiz məlumata görə, ötən tur "Qəbələ" ilə matçdan sonra ayağında ağrılar hiss edən Renan Silvanın da durumu yaxşıdır. O da komanda ilə birgə çalışmalara qatılıb.

 

Qeyd edək ki, "Kəpəz" - AZAL qarşılaşması fevralın 5-də baş tutacaq. Şahin Diniyev sözügedən oyunda İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılan Nicat Qurbanovun xidmətindən istifadə edə bilməyəcək.

Xəbər xətti