"Real"ın sabiq futbolçusu: "Mourinyo bizimlə maraqlanmırdı"

19:51 - 2 Mart 2017

"Las Palmas"da icarə əsasında çıxış edən Madrid "Real"ının sabiq hücumçusu Xese Rodriqes maraqlı açılamaları ilə gündəmə gəlib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu Madrid təmsilçisində çıxış edərkən baş məşşqçi Joze Mourinyonun gənc futbolçularla maraqlanmadığını bildirib:

 

“Mourinyo möhtəşəm məşqçidir. Amma onun fanatları məni düzgün başa düşsünlər, Mourinyo digər oyunçulara daha yaxın idi. "Real"ın gənc komandası ilə maraqlanmadı. Ancaq onun köməkçisi Aytor Karanka bizimlə daha çox maraqlanırdı”.

 

 

İspaniyalı oyunçu PSJ-dən "Las Palmas"a gəlməyindən danışıb:

 

“Las Palmas”a gəlməyi özüm istədim. Xoşbəxtlik hər şeydən vacibdir. Mən daha çox oynamaq istəyirəm və ailəmə yaxın yaşamaq istəyirdim. PSJ-də zədələndim və şans qazana bilmədim. Mənim Fransa karyeram istədiyim kimi alınmadı".

 

Qeyd edək ki, Xese "Real"ın yetirməsidir. O, ötən ilin yayında PSJ-yə 25 milyon avroya transfer edilmişdi. Yanvarda "Las Palmas"a icarəyə verilən hücumçu qol hesabını açmayıb.

Xəbər xətti