“Mançester Yunayted”dən təklif almasam, futboldan gedəcəm”

11:50 - 3 Mart 2017

“Mançester Yunayted”in futbolçusu Maykl Karrik mövsümün sonunda karyerasını başa vura bilər.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu məsələ ilə bağlı özü açıqlama verib. O bildirib ki, “Mançester Yunayted”dən ayrılsa, karyerasını başa vuracaq: “Mançester Yunayted”dən ayrılsam, heç bir komandaya üz tutmayacam. Bildiyiniz kimi, klubla müqaviləm yayda başa çatır. Əgər yeni müqavilə ilə bağlı klubumdan təklif almasam, futboldan gedəcəm”.

 

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2006-cı ildən “Mançester Yunayted”də çıxış edir.

Xəbər xətti