"Zirə"nin baş məşqçisi azarkeşlərlə görüşdü FOTOLAR

12:59 - 3 Mart 2017

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov komandanın azarkeşləri ilə görüşüb.

 

Sportal.az-ın məlumatına görə, "Sumqayıt"la oyundan sonra fəal azarkeşlərdən bir neçəsi baş məşqçiyə görüşmək istədiklərini bildirmiş və mütəxəssis də böyük məmnuniyyətlə bu təklifi qəbul etmişdi.

 

Görüşdə "Zirə" azarkeşləri Ayxan Abbasovla fikir mübadiləsi aparıb, təkliflərini bildiriblər. Fanatlar həmçinin, komandadakı məşqçi dəyişikliyindən sonra sərgilənən oyundan razı qaldıqlarını bildirib və məşqçilər korpusuna, futbolçulara inandıqlarını dilə gətiriblər. Baş məşqçi də onunla görüşdükləri üçün azarkeşlərə təşəkkür etdikdən sonra sualları cavablandırıb, "Zirə"sevərlərlə fikir mübadiləsi aparıb. Görüşdə azarkeşlərlə komanda arasında birlik və bərabərliyin olmasının vacibliyi də önə çəkilib.

 

Image may contain: 6 people, people sitting and indoor

Image may contain: 5 people, people sitting and beard

Image may contain: 5 people, people sitting

Image may contain: 2 people, people sitting

 

Image may contain: 8 people, people sitting and outdoorImage may contain: 2 people, people sitting and indoor

Image may contain: 23 people, people standing

Xəbər xətti