"Qalatasaray"da ciddi itki

14:30 - 3 Mart 2017

"Qalatasaray" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubunun aparıcı oyunçusu Uesli Sneyder zədələnib. Hollandiyalı futbolçu zədələndiyi üçün komandanın məşqini yarımçıq tərk edib. Təcrübəli futbolçunun durumuna aparılan tibbi müqayinədən sonra aydınlıq gəlib. 32 yaşlı yarımmüdafiəçi 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Sneyder bu mövsüm "sarı qırmızılar"ın heyətindəı çıxdığı 22 oyunda 2 qol vurub, 13 qolun ötürməsini verib.

Xəbər xətti