Gecə klubunda döyülən futbolçu komandasından qovuldu

16:52 - 3 Mart 2017

Almaniya millisinin sabiq üzvü Kevin Qrosskroytz “Ştuttqart”dan qovulub.

 

Sportal.az xəbər verir ki, buna futbolçunun intizamsız hərəkətləri səbəb olub. Bir neçə gün öncə gecə klublarının birində içkili halda qalmaqal salan, döyülərək xəstəxanaya yerləşdirilən futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, 29 yaşlı futbolçu ilk belə qalmaqalla gündəmə gəlmir. O, ötən il Almaniyada məşq etdiyi zaman,məşqini izləməyə gələn xanım azarkeşlərdən birini döymüşdü.

 

Xatırladaq ki, Kevin bir müddət ötən il Dortmundun “Borussiya” klubundan “Qalatasaray”a transfer edilsə də, FİFA qadağasına görə İstanbul klubunda debüt edə bilməmişdi.

Xəbər xətti