"Real"da Ronaldo şoku

23:23 - 3 Mart 2017

İspaniya La Liqasının növbəti turunda "Eybar"la qarşılaşacaq "Real" ciddi itkilərlə üzləşib.

 

Sportal.az xəbər verir ki, sözügedən qarşılaşmada Kriştiano Ronaldo Madrid təmsilçisinə kömək edə bilməyəcək. Buna səbəb portuqaliyalı ulduzun zədələnməsidir.

 

Qeyd edək ki, Qaret Beyllə Alvaro Morata da "Eybar"la oyunda meydana çıxmayacaq. Hər iki futbolçu cəzalı durumdadı.

Xəbər xətti