Poçettinodan "Barselona" açıqlaması

01:01 - 4 Mart 2017

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino “Barselona”ya keçməsi ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirib.

 

Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssis “Tottenhem”də xoşbəxt olduğunu bildirib:

 

“Danışmaq istəmirəm, çünki danışsam, insanlar məni yalnış anlaya bilərlər. Sadəcə, onu deyə bilərəm ki, burada xoşbəxtəm. İşimi yaxşı başa düşürəm və adımın da hansı siyahılarda olduğunu bilirəm. Klub rəhbəri ilə demək olar ki, hər gün danışıram. Biz hər zaman inkişaf etmək və səhvlərimizdən nəticə çıxarmaq barəsində müzakirə aparırıq. Daha çox nailiyyətlər uğrunda çalışacağıq”.

 

Qeyd edək ki, argentinalı çalışdırıcı 2014-cü ildən London təmsilçisinə rəhbərlik edir.

Xəbər xətti