"Qarabağ"da itki

13:52 - 4 Mart 2017

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, liderlik uğrunda mübarizə aparan “Qarabağ” səfərdə “Sumqayıt”ın qonağı olacaq. Əldə etdiyimiz məlumata görə, Ağdam klubu görüşə itkiylə çıxacaq.  Belə ki, baş məşqçi Qurban Qurbanov zədəli Maksim Medvedevin ximdətindən istifadə edə bilməyək.

 

“Atlılar”ın hücumçusu Dino Ndlovu isə zədəsini sağaldıb. Onun “gənclik şəhəri” təmsilçisi ilə qarşılaşmada iştirak edəcəyi gözlənilir.

 

Qeyd edək ki, qarşılaşma 16:00-da başlayacaq. 

Xəbər xətti