Pep Qvardiola: "Məğlublar haqqında kitab yazmırlar"

00:00 - 5 Mart 2017

“Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis Premyer Liqada bütün məşqçilərin peşəkar olduğunu vurğulayıb :

 

“Tarix və kitablar yalnız qalib insanlar haqqında yazılır. Mən qalibəm, çünki “Barselona” və “Bavariya” kimi klublarla çalışmışam. İnanın ki, bütün məşqçilər bu səviyyədə İngiltərə Premyer Liqasında çox yaxşıdır. Hamısı ən yüksək pillələrdədir. İnsanlar məni sevir, çünki digərlərindən yaxşıyam. Bəziləri düşünür ki, necə qalib olmaq lazımdır?  Bunun üçün çox oxumaq, çox düşünmək lazım deyil. Ən son vəziyyəti təhlil etmək, növbəti oyun üçün nəticə çıxarmaq kifayətdir. Həyatda sağ qalmağın tək yolu budur”.

 

Qeyd edək ki, Xosep Qvardiola 2016-ci ildən Mançester təmsilçisinə rəhbərlik edir.

Xəbər xətti