Renat Dadaşov üçün 90 dəqiqə

12:36 - 5 Mart 2017

Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə birincilikdə 20-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasında oynamağa razılıq verən Renat Dadaşovlu “Ayntraxt”ın U-19 komandası səfərdə "Frayburq"la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 4:4.

 

Dadaşov start heyətdə başladığı bu oyunda sonadək meydanda olub.

 

Hazırda futbolçumuzun komandası 25 xalla 14 klub arasında 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti