Elnur Cəfərova son dəqiqədə şans verildi

13:57 - 5 Mart 2017

Xorvatiya ikinci liqasında 20-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, həmyerlimiz Elnur Cəfərovun şərəfini qoruduğu "Duqopolye" çempionatın aşkar autsayderi "Luçko" ilə qarşılaşıb. Elnurun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Həmyerlimiz matçın 90-cı dəqiqəsində meydana daxil olub.

 

"Duqopolye" hazırda 31 xalla 12 klub arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti