"Kəpəz"in futbolçusu millimizdə

18:27 - 5 Mart 2017

"Kəpəz”in müdafiəçisi Azad Kərimov 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət olunub. 

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı oyunçu martın 6-dan Bakıda başlanacaq təlim-məşq toplanışına qatılacaq.

 

Qeyd edək ki, 4 gün davam edəcək toplanış IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyır.

Xəbər xətti